Mingəçevirdə çoxmərtəbəli binada yanğın olub, iki nəfər xilas edilib

11:17 - 16 İyun 2017 - HADİSƏ

Bu gün Mingəçevir şəhərində çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 45 m2 olan 2 otaqlı mənzilin mətbəxində qaz sobasının üzərində nəzarətsiz qalmış xörək qazanı yanıb. Ucnoqta.az-ın FHN saytına istinadən verdiyi xəbərə görə, yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən 2 nəfər tüstüdən yüngül zəhərlənmiş halda aşkarlanaraq, xilas edilib. Mənzil yanğından mühafizə olunub. Yanğın saat 01:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər xətti