Fransada parlament seçkilərinin birinci turu üzrə səsverməyə start verilib. Ölkə sakinləri təqribən 8 min namizəddən parlamentin aşağı palatası olan Milli Məclisə 577 deputat seçməlidirlər.
Birinci turda səslərin əksəriyyətini toplamış namizəd qələbəni təmin etmiş olacaq. Qalibin dərhal müəyyən edilmədiyi seçki dairələrində bir həftə sonra səsvermənin II turu keçiriləcək.
Ölkənin seçki məntəqələrində təhlükəsizliyi 50 min polis əməkdaşı təmin edəcək.report