Bu gün İran paytaxtında baş vermiş terror hadisələri nəticəsində ölən və yaralananların sayı açıqlanıb. APA-nın Tehran bürosunun xəbərinə görə, hadisələr zamanı 12 nəfər ölüb, 42 nəfər yaralanıb.
Qeyd edək ki, bu gün eyni vaxtda İran parlamentinə və İmam Xomeyninin türbəsinə silahlı hücum olub.