Xomeyni türbəsində özünü partladan kamikadzenin qadın olduğu məlum olub.
***
İran inqilabının lideri Xomeyninin türbəsinə hücum edən üç silahlıdan ikisi saxlanılıb.
Publika.az xəbər verir ki, bu haqda “Mehr” agentliyi bildirib.
Digər silahlının isə üzərindəki partlayıcı ilə özünü partlatdığı bildirilir. Türbənin qarşısında atışma nəticəsində bir nəfər ölüb, 5-i yaralanıb.
Xomeyninin türbəsinə qoyulan partlayıcı qurğu zərərsizləşdirilib. İRNA agentliyi Xomeyninin məzarı önündə 2 nəfərin öldüyünü xəbər verib.