Son günlər əri, dünyanın super gücü hesab edilən ABŞ prezidenti Donald Tramp ilə münasibətilə gündəmə gələn Melania Tramp Vatikanda da bütün diqqəti üzərinə toplaya bilib. Ucnoqtaaz İstiPress-ə istinadən xəbər verir ki, ötən gün prezident ilə Romaya, daha sonra Vatikana yola düşən birinci xanımın geyimi əsas müzakirə mövzusu olub.
Belə ki, bir neçə gün öncə qadınların başını bağlamasının vacib olduğu Səudiyyə Ərəbistanında olan Melaniya bu qaydaya riayət etməmişdi. Qapalı paltar geyinsə də, rəsmi görüşlərinin hamısında başı açıq formada iştirak edib. Bu isə geniş mübahisələrə səbəb olmuşdu.
Vatikanda isə Roma Papasının qarşısına çıxan Melaniya başını ötrüb. O, güpürdən olan tamamilə qara paltar geyinib. Başını da bu detallarla zəngin örtüklə qapayıb. Trampın Ərəbistanda başı açıq olan qızı İvanka da Vatikan görüşündə daha ciddi görkəmdə olub. O, başına qara tül taxıb.