Nadir Qafarzadə: Oğluma da tüpürərəm, gəlinimə də...

12:07 - 24 May 2017 - MAQAZİN

“Mən istəyirəm ki, evimə pak qız gəlsin. Başqasının artığını evimə gətirə bilmərəm. Həmin gün özümü asaram”. Bu sözləri müğənni Nadir Qafarzadə “Hər şey daxil” verilişində deyib. O, oğullarının kasıb qızlarla ailə qurmalarının əleyhinə olmadığını da bildirib: “İndi gəlin seçməyə qorxuram. Zaman o qədər pisdir ki, adam bilmir, kimin qapısına getsin. Gəlin almaq da qarpız, qoz kimi bir şeydir. Bir də gördün gətirdin, qəşəngdir, amma sındırdın, içi çürük çıxdı. Kiminsə artığını evimə gətirmərəm. Oğluma da tüpürərəm, gəlinimə də. Deyərəm, oğul, yaşamaq istəyirsən yaşa, amma mənim evimdə yox. Mənim ocağıma haram tikə gətirmək olmaz. Kasıb, yetim olsun, uşaq evində böyüsün, amma təmiz qız olsun. Ailəsi normal olsun. Kasıbçılıq ayıb deyil, çünki mən də kasıb olmuşam. Amma rüsvayçılıq ayıbdır”. Nadir “Qohumdan qız alarsınız?” sualına belə cavab verib: “Qohumumda hamısı oğlandır, qız doğan yoxdur. Amma istəyirəm, başqa adamla qohum olum, qohum qazanım. Onlar onsuz da qohumdur”. N.Qafarzadə arzuladığı kimi gəlini olarsa, onu qızı kimi sevəcəyini deyib: “Gəlinim mənə gəlin yox, qız olarsa, qoymaram, onun ayağı yerə dəysin. Onu başımda gəzdirərəm. Mənə gəlinin cehizi yox, paklığı lazımdır. Mebelini verərəm, brilyantlarını kilo ilə alaram. Amma təmiz adla mənim qızım olsun. Desinlər, bu, Nadirin qızıdır. Onu oğlumdan çox istəyərəm”. Qeyd edək ki, N.Qafarzadənin iki oğul övladı var. (axşam.az)

Xəbər xətti