Özcan Deniz: “Sizin kimi düşünmürəm, düşünə də bilmirəm”

15:06 - 17 May 2017 - MAQAZİN

"Sizin həssaslığınızı başa düşərək lövhəmdən sildim"

“Mən musiqiçiyəm. Heç bir millətin musiqisinə düşmən olmaram. Radioda rastıma çıxdı, bütün komanda heyəti hansı dilə aid olduğunu düşünmədən əyləndik. O anımızı isə sizlərlə paylaşdıq”. Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Türkiyənin məşhur müğənnisi Özcan Deniz instaqramda yazıb. İfaçı sosial şəbəkədə erməni mahnısını oxuyaraq paylaşmasına münasibət bildirib. 
Rejissor-aktyor qeyd edib ki, o, əvvəlcə “Mi gna” mahnısının erməni dilində ifa edildiyini bilməyib. 
Paylaşımı daha sonra silən Özcan siyasətçi olmadığını, millətlər arasında fərq qoymadığını söyləyib:
“Mesajlardan sonra erməni mahnısı olduğunu bildim. Sizin həssaslığınızı başa düşərək lövhəmdən sildim. Biz yunanların da mahnısını paylaşırıq. Bizim mədəniyyətimizdə mahnılara düşmən olunmaz. Mənim ölkəmdə bir çox erməni var, sizin kimi düşünmürəm, düşünə də bilmirəm. Hamımız bu ölkədə Türkiyə vətəndaşı olaraq yaşayırıq. Sənətə, mədəniyyətə, musiqiyə düşmən olunmaz. Siyasətə düşmən olunar. 

Mən siyasətçi və siyasətlə məşğul olan sənətçi deyiləm. Azərbaycanlı qardaşlarımızın hirslərini anlayıram və həssaslıq göstərirəm. Mən Azərbaycana sizdən pul qazanmaq üçün konsert və film təqdim etmirəm. Oradakı dostlarımla bərabət türk kinosu ilə sizi yaxınlaşdırmaq istəyirəm. Sosial həyatınızı canlandırmağa çalışıram. Bu dünyaya türk, kürd, erməni, ərəb, yunan olduğu üçün baxmıram. Əgər baxsam, sənətçi olmaram. Onlar insan olduğu üçün baxıram. Sizi sevirəm, acılarınızı sonuna qədər paylaşıram. Sizdən bir mənfəət güdmürəm”.  

Xəbər xətti