Almaz Ələsgərli qızlarından danışdı: "Onları oxlovla döyürəm"

15:47 - 16 May 2017 - MAQAZİN

Əməkdar artist Almaz Ələsgərli qızlarından danışıb.“Hər şey daxil” verilişində övladlarının tərbiyəsindən söz açıb. Müğənni bildirib ki, analar övladlarını uşaq vaxtından tərbiyə etməlidir:
“Belə bir məsəl var ki, uşağa bələk vaxtından tərbiyə vermək lazımdır. Uşağın geni də yaxşı olmalıdır. Mən öz qızlarımı döymüşəm. Özü də oxlovla. Məni də uşaq vaxtı anam döyürdü. Uşaq vaxtı anam düşbərə bişirən zaman xəmiri, əti götürüb, kənarda bükürdüm. O da hirslənib, oxlovla mənə vururdu ki, imkan ver, işimi görüm”.
Qeyd edək ki, A.Ələsgərlinin 2 qızı var. Hər ikisi evli olub, boşanıb.big.az

Xəbər xətti