Qazaxıstanın Vahid Pensiya Fondu yanında yaradılan İctimai Şura ölkənin Milli Bankına müraciət edib.Modern.az Qazaxıstan KİV-nə istinadən xəbər verir ki, İctimai Şura Azərbaycan Beynəlxalq Xalqının səhmlərində yer alan pensiya aktivlərinin taleyi ilə maraqlanır.
İctimai Şuranın sədri Alevtina Donskix 2014-cü ildə Azərbaycan Beynəlxalq Bankına 250 milyon dollar investiisya yerləşdirildiyini və vəsaitlərin 51 milyon dollarının istiqrazlar şəkildə çıxarıldığını bildirib. Onun sözlərinə görə hazırda bankdakı qalan vəsaitin çıxarılması gündəmdədir.