Azərbaycan Kiyevdə keçirilən "Eurovision-2017" mahnı müsabiqəsinin finalında 12 nömrə altında çıxış edəcək. İkinci yarımfinal bitəndən sonra finalçıların çıxış sırasını müəyyən etmək üçün püşkatma keçirilib.
Mayın 13-də keçiriləcək finalda iştirakçılar bu ardıcıllıqla çıxış edəcək: İsrail, Polşa, Belarus, Avstriya, Ermənistan, Hollandiya, Moldova, Macarıstan, İtaliya, Danimarka, Portuqaliya, Azərbaycan, Xorvatiya, Avstraliya, Yunanıstan, İspaniya, Norveç, Böyük Britaniya, Kipr, Rumıniya, Almaniya, Ukrayna, Belçika, İsveç, Bolqarıstan, Fransa.
Qeyd edək ki, Azərbaycanı müsabiqədə "Skeletons" mahnısı ilə Diana Hacıyeva (DiHaj) təmsil edir.report