İraqın Mosul şəhərində İŞİD-ə qarşı keçirilən əməliyyat zamanı böyük faciə yaşanıb. Şəhərinin qərbində gedən döyüşlərdən qurtulmaq üçün məktəbə sığınan mülki vətəndaşa qarşı raket bombalamasında 81 nəfər ölüb.
İŞİD-in kontrolunda olan EL-Vela məktəbini hədəf alan raket zərbəsində 34 kişi, 29 qadın, 18 uşaq dünyasını dəyişib.
Hələlik məktəbi kimlərin bombaladığı bəlli deyil.
Həmçinin, terrorla mübarizə bölməsindən yüzbaşı ƏLİ el-Behadili Anadolu Agentliyinə En-Neccar Məhəlləsi yaxınlığında raket zərbəsi nəticəsində İŞİD-in müharibə idarəsinə cavabdeh Həbib Əbdülcəbbarın öldüyünü açıqlayıb.lent.az