Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In Cənub dənizində yerləşən kiçik Çancedo və Mudo adalarındakı artilleriya hərbi hissələrində olub və Cənubi Koreyaya zərbə endirmək planını nəzərdən keçirdiyini bildirib. Bu barədə Şimali Koreya KİV-nə istinadən "Ryonxap" agentliyi məlumat yayıb. Qeyd olunur ki, Kim Çen In Cənubi Koreya hərbçilərinin yerdəyişməsi haqqında hesabat aldıqdan sonra "düşmən obyektlərindəki yeni qarnizonlara artilleriya zərbəsi planı ilə tanış lub və onu təftiş edib". Şimali Koreya lideri hərbçiləri tam döyüş hazırlığı vəziyyətində olmağa çağırıb.( "Report")