Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri aprelin 28-də Moskvada görüşəcək. Ucnoqta.az Rusiya Xarici İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, RF XİN başçısı Sergey Lavrov, Azərbaycan XİN başçısı Elmar Məmmədyarov və Ermənistan XİN başçısı Edvard Nalbandyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair məsələni müzakirə etmək üçün aprelin 28-də Moskvada görüşəcəklər.