Çexiya parlamenti uydurma "erməni soyqırımı”nı tanıyıb
10:46 - 26 Aprel 2017 - DÜNYA
Çexiya parlamenti uydurma
Çexiya parlamentinin deputatlar palatası uydurma “erməni soyqırımı”nı pisləyən qətnamə qəbul edib.
APA-nın “news.am”a istinadən verdiyi məlumata görə, qətnamənin lehinə 104 deputat səs verib.
Sənəddə qondarma “erməni soyqırımı” insanlığa qarşı cinayət adlandırılır.
Qətnamə layihəsi Sosial-demokratlar partiyasından olan deputat Robin Beniş tərəfindən parlamentə təqdim olunub.
O bildirib ki, uydurma "soyqırımı"nın 102-ci ildönümündə bu qətnamənin qəbulu simvolik xarakter daşıyır.