Türkiyə XİN: “AŞPA ilə əlaqələri yenidən nəzərdən keçirməyə məcbur olacağıq”
“Türkiyənin Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Montorinq Komitəsinin montorinqi altına alınması haqqında qərarı qınayırıq”. “Report” NTV-yə istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən AŞPA-nın qərarına etiraz olaraq yaydığı bəyanatda qeyd olunub.
“AŞPA ilə əlaqələri yenidən nəzərdən keçirməyə məcbur olacağıq”, - sənəddə vurğulanıb.
Xatırladaq ki, aprelin 25-də AŞPA-da “Türkiyədə demokratik təsisatların fəaliyyəti" adlı hesabat layihəsi müzakirə olunub. Sessiyada iştirak edən 170 deputatın 113-ü qəraın lehinə, 45-i əleyhinə səs verib. 12 deputat bitərəf qalıb.
Qeyd edək ki, Türkiyə 2004-cü ilədək monitorinq altında idi və 13 il əvvəl post-monitorinq mərhələsinə keçmişdi.