"Bizim vaxtda da belə idi. Ərdə olan, olmayan bir çox xanım müğənninin ətrafında mağaza sahibləri, fabrik müdirləri var idi. İndi də hansı müğənniyə baxırsan onu ya biznesmen saxlayır, ya məmur, ya da deputat". Bu sözləri azxeber.com-a açıqlamasında tanınmış müğənni Əli Mirəliyev deyib. Müğənni qeyd edib ki, gənc xanım müğənnilər efirə özlərinə müştəri tapmaq üçün çıxır: "Deyirlər ki, nəyə görə məmurlar müğənnilərə tamah salır? Kimə salsınlar mənə? Mən onların nəyinə lazımam, sənət onların nəyinə lazımdır. Onlara siz də bilirsiniz ki, nə lazımdır. Müğənnilər efirdə qısa geyinir, sinələrini açıq qoyurlar, açıq-saçıq şeylərdən danışırlar. Onlar bunu kimin üçün edirlər? Ancaq məmur, biznesmen və deputatlar üçün. Özlərini açıb, pullu kişilərə göstərirlər. Bir də görürsən cavan qız çıxır efirə, heç oxuya bilmir. Amma görünüşü qəşəngdir. Pullu kişilər, məmurlar deyir o müğənninin, o qızın nömrəsini tapın gətirin bağ evimə. İki aydan sonra həmin qızın bahalı maşını olur. Mən 50 ildir oxuyuram heç maşınım yoxdur. Bizdə bu dəqiqə belədir, bu gün efirə çıxıb, özünü açıb-göstərən, sabah 100 minlik avtomobil sürür".
Əli Mirəliyev efirləri də tənqid edib: "Bəziləri kişi şalvarı geyinib efirə çıxıb, veriliş aparır. Bunları efirə buraxmasınlar. Niyə bizim gənclərimizi məhv edirlər, niyə mənim övladlarım elə şeylərə baxmaldır? Efirdə işləyən adamları işdən uzaqlaşdırmaq lazımdır. Telekanal rəhbərləri 3-cü cins müğənniləri efirə buraxmamalıdırlar. Özüm hər efirə getmirəm. Artıq efirlərdə musiqi yoxdur. Ancaq qalmaqal, dava, şou xatirinə olan verilişlərdir. Efirlərdə hansısa bədbəxti çağırıb, danlayırlar. Əgər "duxları" çatırsa, getsinlər deputatlarla saunada yatan müğənniləri çəkib göstərsinlər".