Tiflis şəhər məhkəməsinin qərarı ilə Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin qaynı Mixail Mqaloblişvili 4 il azadlıqdan məhrum edilib. Ucnoqta.az-ın Apa-ya istinadən xəbərinə görə, xəbəri Gürcüstanın İctimai Televiziyası yayıb.
M. Mqaloblişvili qanunsuz silah əldə etmə və saxlamaqda günahlandırılır. O artıq 4-cü aydır həbsdədir.
Qeyd edək ki, Gürcüstanın birinci xanımı qardaşının məhkəmə prosesində iştirak edib.