"Bu gərgin zamanda masaja getmək ən yaxşı istirahətdir"

16:15 - 24 Aprel 2017 - MAQAZİN

Müğənni Mustafa Sandalın xanımı Əminə Sandal jurnallardan birinə müsahibə verib. Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, o, idmanla məşğul olmaq haqda belə deyib:
"Mən idmanla arıqlamaq və bədən forması üçün deyil, idmanı sevdiyim üçün məşğul oluram".
Əminə dincəlməyə xüsusi vaxt ayıra bilmədiyini söyləyib:
"Elə olur ki, üç ay hamama getmirəm. Konsertlərdə və səyahətlərdə o qədər yoruluram ki, masaja ehtiyacım olur. İki oğlum var, bütün günü onlarla ora-bura qaçıram, hərdən futbol da oynayıram. Bu gərgin zamanda masaja getmək ən yaxşı istirahətdir".

Xəbər xətti