Sankt-Peterburq metrosunda baş vermiş terror aktının sifarişçisinin kimliyi məlum olub. Bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov deyib. Bununla belə terror aktının sifarişçinin adı açıqlanmayıb.
Xatırladaq ki, Sankt-Peterburq metropolitenində aprelin 3-də törədilən partlayış nəticəsində 15 nəfər ölüb. Terror aktı Qırğızıstan əsilli Akbarjon Cəlilov tərəfindən həyata keçirilib.Apa