Yaponiya Hərbi Hava Qüvvələrinin qırıcıları Rusiyanın altı təyyarəsinin ölkənin hava sahəsinə yaxınlaşması səbəbi ilə havaya qaldırılıb. Trend-in məlumatına görə, Rusiyanın bombardmançı-raketdaşıyıcı TU-95 və sualtı qayıq əleyhinə İL-38 təyyarələri Yaponiya sahilləri yaxınlığında uçuşlar həyata keçirib. Yaponiyanın Müdafiə Nazirliyi bu təyyarələrin Yaponiya ərazisinə daxil olmadığını bildirib.