I AM NOT DATING KATY PERRY. BARELY KNOW HER. PLEASE STOP FLYING HELICOPTERS OVER MY HOUSE. SHE IS NOT HERE.
thx
Amerikalı müğənni Keti Perri aktyor Rayan Filippdən üzr istəyib. Buna səbəb onların eşq yaşadığını düşünən qərb paparazzilərinin aktyorun evini helikopterlərlə mühasirəyə alması olub. İstipress xəbər verir ki, jurnalistlərin cütlüyün sevgili olmasını ehtimal edərək, helikopterlər ilə Rayan Filippin evinin üstünü mühasirəyə alıb. Onlar Ketinin aktyorun evində olmasını düşünərək, cütlüyün eksklüziv şəkillərini çəkmək istəyib. Bu isə Rayanın ürəyincə olmayıb. O, bu haqda sosial şəbəkədə ismarış yazıb: "Mən Keti Perri ilə görüşmürəm. Onu heç düz əməlli də tanımıram. Xahiş edirəm, evimin üstündəki uçuşları dayandırın. O, burada deyil".
Aktyor daha sonra əlavə edib ki, mən Keti ilə sevgili olmağım xəbərlərinə qarşı deyiləm. Qoy, insanlar nə istəyirsə, onu da düşünsün. Sadəcə evimin üstündə alçaqdan uçan helikoperlər məni narahat edir.
Olanlardan xəbər tutan Keti aktyora yaşatdığı narahatlığa görə üzr istəyib.
"Sizinlə tanışlığıa şadam. Amma olanlara görə, üzr istəyirəm".
I AM NOT DATING KATY PERRY. BARELY KNOW HER. PLEASE STOP FLYING HELICOPTERS OVER MY HOUSE. SHE IS NOT HERE.
thx
Hi, nice to meet you, sorry bout that @RyanPhillippe carry on, lol.
Qeyd edək ki, Filipp ötən ilin noyabr ayında 5 il eşq yaşadığı Paulina Slaqterdən, Keti isə bu ilin fevralında öz sevgilisi Orlando Blum ilə münasibətlərinə son qoyub. Bundan sonra mediada Filipp ilə Ketinin eşq yaşaması haqda xəbərlər yayılıb.