Xəbər verdiyimiz kimi, 50 yaşlı dünya şöhrətli müğənni Canet Cekson həyat yoldaşı, qətərli milyarder Vissam Əl Manadan ayrılıb. Bu ayrılıq ifaçıya daha çox xeyir gətirəcək. Belə ki, o, boşanma ilə bank hesabını milyonlarla dollar həcmində artıra biləcək.
İstiPress "PageSix"ə istinadən xəbər verir ki, 2012-ci ildə mediadan gizli və qapalı toy etməyi bacaran məşhurların kifayət qədər maraqlı nikah müqaviləsi də var. Həmin müqavilə bir neçə bənddən ibarət olub.
Xəbərdə deyilir ki, milyarder simiclik etməyərək, boşanacaqları təqdirdə Canetə kifayət qədər yaxşı pul məbləği ödəyəcəyinə boyun olub. Müqavilənin şərtlərinə görə, 5 il Vissamla ailəli olduğuna görə, Canet 100 milyon dollar kompensasiya alacaq.
Bundan əlavə o, milyarderdən uşaq dünyaya gətirdiyi üçün əlavə də 100 milyon dollar alacaq. Bununla boşanmadan müğənni 200 milyon dollar bank hesabını artırmış olacaq.
Əfsanəvi müğənni Maykl Ceksonun bacısı olan Canet bütün karyerası boyunca 150 milyon dollar qazanıb.
Qeyd edək ki, cütlüyün İssa adlı oğlu dünyaya gəlib. Körpənin anadan olmasından 3 ay sonra müğənni ərindən ayrılmaq qərarına gəlib.