Aİ İrana qarşı sanksiyaların müddətini uzadıb

10:45 - 12 Aprel 2017 - DÜNYA

Avropa İttifaqı (Aİ) İrana qarşı sanksiyaların müddətini uzadıb. Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, buna səbəb kimi ölkədə insan haqlarının pozulması göstərilir. Aİ Şurasının kommünikesində deyilir: "Şura İranda insan hüquqlarının ciddi şəkildə pozulmasına cavab olaraq məhdudlaşdırıcı tədbirləri 2018-ci il aprelin 13-dək uzadır". Qeyd olunur ki, sanksiyalar 82 nəfərin və bir hüquqi şəxsin aktivlərinin dondurulmasını və Aİ-yə səfərlərinə qadağanı əhatə edir, eləcə də İrana avadanlıqların ixracına icazə vermir.

Xəbər xətti