Rəqqasə Fatimə Fətəliyevaya maşın hədiyyə olunub. Məşhurun həyat yoldaşı gecə saatlarında ona sürpriz edib. O, Fatiməyə maşın alıb. İşçiləri və muğam ifaçısı Zenfira İbrahimova rəqqasəni yaşadığı binanın qarajına çağırıb və avtomobili təqdim ediblər. Həmin an lentə alınaraq sosial şəbəkədə təqdim olunub. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, “Lexus 350- 2017”nin sadə modeli Bakıda 58 min dollar (100 min AZN) satılır. Qeyd edək ki, rəqqasə bir müddət əvvəl maşınını sataraq öz biznesini genişləndirmişdi.