Bu gün Kiyevdə 62-cı “Eurovision” mahnı müsabiqəsi ilə bağlı püşkatma mərasimi keçirilib. Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Dihajın (Diana Hacıyeva) 8-ci sırada çıxış edəcəyi məlum olub.
O, mayın 9-da səhnəyə çıxacaq, 1-ci yarımfinalda “Skeletons” adlı mahnını səsləndirəcək.
Müsabiqə iştirakçılarının yarımfinallarda hansı hissədə çıxış edəcəkləri müsabiqə prodüserləri tərəfindən 2013-cü ildən bəri istifadə olunan format ilə müəyyənləşdirilib.