"İkimiz də çox qısqancıq". Uxnoqta.az xəbər verir ki, bu sözləri big.az-a açıqlamasında aktrisa Pərvin Abıyeva "The game" filminin qala gecəsi zamanı söyləyib.
Gözəl aktrisa şəxsi həyatı ilə bağlı bir sıra açıqlamalar verib. Bir müddət öncə nişanlısından ayrılan Pərvin onunla barışdığını, özəl həyatında hər şeyin qaydasında olduğunu dilə gətirib.
"Nişanlımla barışmışam, yalnız onu deyə bilərəm ki, tam barışmış sayılmırıq. Çünki heç nə əvvəlki kimi deyil. Biz onunla 8 martdan öncə barışmışdıq, amma heç kəsə bildirmirdik. Evliliyi hələ düşünmürük. Çünki işlərim çoxdur. Hələ ki işlərimi qaydasına salmalıyam, şəxsi həyatım ikinci plandadır".
Cazibədar aktrisa nişanlısı ilə aralarında buzların əridiyini söyləyib. O bildirib ki, ayrılıq yaşasa da depressiyaya düşməyib:
"İkimiz də çox qısqancıq. Bu da aramızda problemlərin yaranmasına gətirib çıxarır. Bəzi şayiələr gəzir ki, nişanlımdan ayrıldım, depressiyaya düşdüm, buna görə də saçlarımı kəsdirdim. Bunlar hamısı boş söhbətlərdir. Depressiya mənlik deyil. Saçlarımı da layihə üçün kəsdirmişəm".
Xatırladaq ki, aktrisa P.Abıyeva bir müddət əvvəl nişanlısı ilə yollarını ayırmış, buna səbəb kimi isə qarşı tərəfin ona xəyanət etdiyini dilə gətirmişdi.