Ərindən boşanması rusiyalı teleaparıcı Olqa Buzovanın xeyrinə işləyib. Ailəsi dağılandan sonra məşhur aparıcının sosial şəbəkədə həm izləyiciləri, həm də qazancı artıb. İstiPress xəbər verir ki, "Dom 2" realiti şousunun aparıcısı Olqa Buzovanın futbolçu Dmitriy Tarasov ilə boşanması qalmaqallı proses kimi davam etsə də, hazırda hər şey öz qaydasındadır. "Instagram" hesabında izləyicilərinin sayı 9 milyon olan telaparıcı bu sevincini izləyiciləri ilə bölüşüb. O, 3 sevimli ev heyvanları olan itləri ilə birlikdə yatağa uzanaraq hər kəsə təşəkkür edib. Rusiya mediası ilə bu artımla Buzovanın sosial şəbəkədə reklam qiymətini də artıracağını yazır. Belə ki, indiyədək teleaparıcının səhifəsində paylaşılan reklam materialının qiyməti 250 min rubldur (təxminən 7500 manat). Bundan sonra qiymətin 10 min manat olacağı ehtimal olunur.