Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədərək qaçan sürücü saxlanılıb.
Ucnoqta.Az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, martın 20-də saat 23.00 radələrində Binəqədi rayonu ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Elnurə Məmmədova vurulub və nəticədə piyada hadisə yerində ölüb.
Binəqədi RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən "Mercedes" markalı avtomobilin sürücüsü paytaxt sakini Razim Hüseynov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.