Bayram Hüseynzadə prorektor təyin olundu

17:23 - 16 Mart 2017 - Xəbər

“Azərbaycan müəllimi” qəzetinin baş redaktoru Bayram Hüseynzadə yeni vəzifəyə təyinat alıb.Ucnoqta.az modern.az-a istinadən xəbər verir ki, Bayram Hüseynzadə Bakı Mühəndislik Universitetinə prorektor təyin edilib.
Qeyd edək ki, Bayram Hüseynzadə uzun müddət Təhsil Nazirliyində  İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb.
Xatırladaq ki, Bakı Mühəndislik Universiteti ölkə başçısının sərəncamı ilə 2016-cı ilin noyabrında keçmiş Qafqaz Universitetinin bazasında yaradılıb. Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədovdur.

Xəbər xətti