Səbaildə böyük Novruz xonçası hazırlandı- FOTOLAR

16:39 - 16 Mart 2017 - Cəmiyyət

Novruz bayramı münasibəti ilə Səbail Rayon İcra Hakimiyyətinin  rayonun Heydər Əliyev Parkında  qəsəbə sakinləri,  çoxsaylı qonaqların və  qəsəbədəki hərbi hissənin əsgərlərinin  iştirakı ilə böyük bayram şənliyi təşkil olundu.
Öz ənənələrinə sadiq qalan Rayon İcra Hakimiyyəti sakinləri bir daha heyrətləndirərək parkın mərkəzində diametri 5 metrdən çox olan Badamdarın böyük bayram xonçası quraşdırılmışdı.
Badamdar Mədəniyyət evinin, rayonun musiqi məktəblərinin kollektivlərinin, tanınmış incəsənət xadimlərinin iştirakı ilə ədəbi-bədii bayram proqramı nümayiş etdirilmiş, Novruza həsr olunmuş şerlər və mahnılar səslənib.    Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, həmçinin Bakıya səfərə gəlmiş Polşa Respublikası Varşava şəhəri Praqa Poludni (Cənubi Praqa) rayonunun Burmistri Tomaş Kuxarski və onun müavini Mixal Veremeycik, digər qonaqlar bayram tədbirində iştirak edib, sonra Badamdarın böyük bayram xonçası sakinlərə təqdim olunub. Eldar Əzizov ağsaqqallar, veteranlar, qəsəbə sakinləri ilə görüşüb, onların Novruz bayramını təbrik edib. O, qeyd edib ki, bu gün ölkə Prezidenti cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən Azərbaycanın sosial-iqtisadi inkişafı istiqamətində müdrik siyasət həyata keçirilir və dünya dövlətlərində baş verən iqtisadi-siyasi böhranlara bağmayaraq Azərbaycan öz inkişafını davam etdirir.  

 


Xəbər xətti