Ötən axşam Bakıda yandırılan tonqallarda 6 uşaq yanıq xəsarəti alıb

14:09 - 15 Mart 2017 - Xəbər

İlaxır çərşənbəsi axşamı Bakıda yandırılan tonqallarda 6-sı uşaq olmaqla 7 nəfər yanıq xəsarəti alıb. Bunu "Report"un sorğusuna cavab olaraq Respublika Yanıq Mərkəzindən bildiriblər.  Məlumata görə, ötən gecə mərkəzə 7 nəfər gətirilib. Onlardan 6 nəfəri uşaq, biri isə 73 yaşlı şəxs olub: "Onlar Bakının müxtəlif ərazilərində yandırılan bayram tonqallarında yanıq xəsarətləri alıblar. Uşaqlara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. 73 yaşlı kişinin müalicəsi isə mərkəzdə davam etdirilir".

Xəbər xətti