AFFA-nın prezidenti Rövnəq Abdullayev oğlu Rəşad Abdullayevlə bağlı açıqlama verib. Ucnoqta.az qol.az-a istinadən xəbər verir ki, bu gün keçirdiyi mətbuat konfransında o “Oğlunuz “Səbail”in Müşahidə Şurasının sədridir. Komanda Premyer Liqaya vəsiqə qazansa, əlavə söz-söhbət yaranmayacaq?” sualına belə cavab verib:
“Oğlum Rəşad futbolu sevir. Onu futbola qəsdən qoşdum ki, həm başını qatsın, həm də sevdiyi işlə məşğul olsun. Çünki deyəndə ki, niyə Bakıya gəlmirsən, cavab verirdi ki, nəyə gəlim, məşğul olmağa iş yoxdur. “Səbail” Premyer Liqaya çıxan kimi, o, istefaya gedəcək. Mən burda ola-ola, Rəşad Premyer Liqa klubunun prezidenti ola bilməz”.