Bu gün Xırdalan şəhərində dəhşətli hadisə baş verib. Abşeron rayon Polis Şöbəsindən Lent.az-a bildirilib ki, Xırdalan şəhərində kirayə yaşayan 5 qız dəm qazından zəhərlənərək ölüb. Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, ölənlərdən ikisi tələbə, digərləri isə onların qohumudur.
Abşeron rayon Polis İdarəsinin rəisi və prokuror da daxil olmaqla hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Abşeron rayon Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından isə bildirilib ki, faciəvi hadisə barədə onlara çağırış daxil olub, lakin təcili yardım əməkdaşları hadisə yerinə gedənə qədər hüquq-mühafizə orqanları tələbə qızların meyitlərini evdən çıxarıb morqa aparıb.