Dəmir yolu gücləndirilmiş rejimdə işləyəcək - Novruz bayramı günlərində

11:01 - 15 Mart 2017 - ÖLKƏ İÇİ

"Azərbaycan Dəmir Yolları" QSC-nin kollektivi Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq. Cəmiyyətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovadan Ucnoqta.az-a verilən məlumata görə, sərnişin daşımaları Departamentinin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində ciddi işlər görür. "Bayram ərəfəsində sərnişin sıxlığının artması ilə əlaqədar ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 20-25, bəzən də 30 ədəd əlavə vaqonun qoşulması təmin ediləcək. Sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir", - deyə məlumatda qeyd edilib.

Xəbər xətti