Azərbaycan Sənaye Bankı Novruz bayramında gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

10:44 - 15 Mart 2017 - Cəmiyyət

Müştərilərini daim diqqət mərkəzində saxlayan Azərbaycan Sənaye Bankı Novruz bayramı ərəfəsində də fəaliyyət göstərəcəkdir. Bankın Marketinq və İstehlakçıların Hüquqlarının Qorunması Departamentindən verilən məlumata əsasən, Park Bulvar alış-veriş mərkəzində fəaliyyət göstərən ASB Park Bulvar filialı ilin 365 günü səhər saat 10:00-dan axşam saat 21:30-a kimi fasiləsiz rejimdə xidmət göstərir.
Park Bulvar filialında  aşağıdakı bank xidmətlərindən istifadə edə bilərsiniz. 
•    Valyuta mübadilə əməliyyatlarının aparılması
    Fiziki və hüquqi şəxslərin hesablarının açılması
•    Hesablaşma-kassa xidmətlərinin göstərilməsi
•    Sürətli pul köçürmələri 
    Depozitlərin (əmanətlərin) qəbul edilməsi
    Rabitə və kommunal ödənişlərin qəbulu
    Plastik kartlarla əməliyyatlar
    POS Terminal xidmətləri
    7/24 ATM xidmətləri 

Azərbaycan Sənaye Bankı müştərilərinə müasir bank xidmətləri göstərməyə, müştərilərin həyatını asanlaşdıran xidmətləri çeşitləndirməyə və artırmağa davam edəcəkdir.
Bank xidmətləri barədə ətraflı məlumatı 137 Məlumat Mərkəzinə zəng edərək, www.asb.az saytına və ya Bankın rəsmi Facebook səhifəsinə www.facebook.com/asbbankaz daxil olaraq əldə edə bilərsiniz.

Xəbər xətti