Sumqayıtda intihar hadisəsi baş verib. Sumqayıt şəhər Prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə şəhərin Corat qəsəbəsi, 255 c saylı mənzildə baş verib.
Həmin ünvanda yaşayan Babayev Tofiq Zülfəli oğlu özünü yaşadığı evdə asaraq intihar edib. İntiharın səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanılıb.