Türkiyəli müğənni və rejissor Metin Arolat Bakıya gəlib. Ucnoqta.az axşam.az-a istinadən məlumatı verir ki, o, paytaxtımıza işlə bağlı gəldiyini bildirib. Arolat firmalardan birinin reklam çarxını hazırlayıb. Çarxda isə aparıcı Kəmalə Piriyeva rol alıb. Paytaxda gəzintiyə çıxan Metin buralara heyran qaldığını bildirib:
"Buranı yavaş-yavaş kəşf edirəm. Çox gözəldir. Təmizliyə heyran qaldım. Küçədə sanki toz da yoxdur. Bakı ilə eşq yaşayıram. Yuxu kimi bir şəhərdir".