Lənkəran rayonunda 60 yaşlı qadın faciəvi şəkildə ölüb. Ucnoqta.az "report"a istinadən xəbər verir ki, hadisə rayonun Vilvan kəndi ərazisndə qeydə alınıb.
Belə ki, həmin kəndin sakini 1957-cü il təvəllüdlü Əzimə Hacırza qızı Səmədovanın meyiti yaşadığı evdə qaz sobanın üstünə yıxılmış vəziyyətdə aşkar edilib. Qonşuların sözlərinə görə, tək yaşayan qadın ürək xəstəsi olub. Sobasının üstünə yıxılan qadının yanaraq öldüyü bildrilir.
Ə.Səmədovanın meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Ekspertizanın rəyindən sonra onun ölümünün dəqiq səbəbləri məlum olacaq.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.