Yeni Zelandiyada güclü meşə yanğınları ilə əlaqədar Kraystçerç şəhərinin cənubundakı ərazilərdən 1000 sakin təxliyə edilib. "Report"un məlumatına görə, bu barədə "Gazeta.ru" yerli mətbuata istinadən xəbər verib. Məlumatda bildirilir ki, Port-Hill rayonunda 13 ev yanıb. Habelə güclü dağıntıların olduğu qeyd olunur. Təhlükəsizlik qüvvələri təbii fəlakətin baş verdiyi ərazidə yaşayan 1000-ə yaxın sakini evlərindən köçürüblər. Yanğınlar zamanı azı 1 nəfərin öldüyü bildirilir.