Biləsuvar sakini bədbəxt hadisə nəticəsində ölüb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, fevralın 13-də Biləsuvar rayonunun Günəşli kənd sakini Rövşən Yaqubov baş nahiyəsindən aldığı xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.
Araşdırmalarla onun Biləsuvar şəhərinin Zəhmət küçəsindəki köhnə tikilinin söküntüsü zamanı hündürlükdən yıxılması müəyyən edilib.