Bakı-Quba yolunda 10-a yaxın maşın toqquşub

11:19 - 14 Fevral 2017 - HADİSƏ

Bakı-Quba magistral yolunda ən azı 10 maşının iştirakı ilə iki zəncirvari qəza baş verib. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, "Mercedes", KİA, "VAZ-2107" və "Opel" markalı maşınların iştirakı ilə qeydə alınan qəzaların birində 4, digərində 5 maşın toqquşub.

Hadisələr nəticəsində ölən və yaralanan olmasa da, maşınlara ciddi ziyan dəyib.

Əraziyə YPX əməkdaşları cəlb olunub. 

Xəbər xətti