Bakıda kütləvi dava düşüb. Hadisə zamanı 32 yaşlı kişiyə 4 bıçaq zərbəsi vurulub. Hadisə Xətai rayonu, NZS qəsəbəsi, Aşıq Qurban küçəsində qeydə alınıb. Belə ki, 1985-ci il təvəllüdlü Hüseynov Cəlal İsmayıl oğlu tanımadığı şəxslər tərəfindən döyülüb. Dava zamanı C.Hüseynova 4 bıçaq zərbəsi vurulub. Ağır xəsarət alan C.Hüseynov xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır kimi qiymətləndirilir. Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.