Əlcəzairin "Şuruk" mediaholdinqinin qadın jurnalisti Samira Mouaki bazar ertəsi İraqın Mosul şəhərində başından ağır yara alıb. Bu barədə şiə xalq könüllülərinin KİV üzrə idarəsi məlumat yayıb. Könüllülərin sözlərinə görə, gənc qız cəbhə xəttində radikallara qarşı hərbi əməliyyatların gedişatını işıqlandırarkən İŞİD snayperçisi tərəfindən vurulub. Jurnalist insidentdən sonra bir neçə saat ərzində vertolyotla Bağdada çatdırılıb.