Nəqliyyat vasitəsindən 40 kiloqram barıt aşkar edilib

/Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" Gömrük Postunda Gürcüstandan Azərbaycana minik maşını ilə gələn ölkə vətəndaşı ilə gömrük bəyannaməsinin bəndlərinə uyğun olaraq şifahi sorğu-sual aparılıb və ona idarə etdiyi avtomobildə gizlədilən və gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin olub-olmaması barədə sual verilib. Bu barədə DGK-nın mətbuat xidmətindən məlumat verilib. Həmin şəxs idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və mütləq bəyan olunası hər hansı predmet olmadığını bildirib. Avtomobilə keçirilən gömrük baxışı zamanı isə nəqliyyat vasitəsinin yanacaq çəninin içərisindən, xüsusi düzəldilmiş gizli-saxlanc yerindən gömrük nəzarətindən gizlədilən 40 kiloqram barıt aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.

Tarix
9 Fevral 2017 [11:18]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2017-02-09 11:18:43
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin