Salyan rayonunda avtomobillərdən akkumlyatorlar oğurlanıb. Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, naməlum şəxs və ya şəxslər tərəfindən rayonun Sarvan kənd sakini Əli Əliniyaz oğlu Məmmədova məxsus “Qazel” və “VAZ-2107” markalı avtomobillərindən akkumulyator oğurlanıb. Yerli sakinlərin sözlərinə görə, təkcə son bir ayda sözügedən kənddə, axşam saatlarında avtomobillərdən yalnız akkumulyatorlar oğurlanır. Artıq 20-yə yaxın sürücünün avtomobillərindən akkumulyator oğurlanıb. Ümumilikdə oğru və ya oğrular onlara 3 min manatdan çox ziyan vurub. Oğurluqla bağlı zərərçəkmişlər tərəfindən artıq Salyan Rayon Polis Şöbəsinə məlumat verilib. Faktla bağlı Salyan RPŞ-də araşdırmalara başlanılıb.