İmişlidə mağazadan 3 kiloqram qızıl oğurlayan şəxs yaxalanıb

12:07 - 20 Yanvar 2017 - HADİSƏ

 İmişli rayonunda mağazadan 3 kiloqram qızıl oğurlanıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il noyabrın 16-da rayon ərazisindəki qızıl mağazalarından birindən 3 kiloqram qızıl əşyaları oğurlamaqda şübhəli bilinən Şahverdili kənd sakini İsmayıl Əmirov tutulub, daha 1 nəfər isə müəyyən edilib.
İ.Əmirovun həyətinə baxış zamanı oradan torpağa basdırdığı 1 kiloqram 488 qram (299) adda qızıl əşyalar maddi sübut kimi götürülüb.

Xəbər xətti