Rusiyada atçılıq klubunun qismən çökməsi nəticəsində 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb. APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti” Rusiya Fövqəladə Hallar Nazirliyinin Sibir regional mərkəzinə istinadən məlumat yayıb. Novosibirsk vilayətinin Berdks şəhərində baş verən hadisə zamanı klubda 7 nəfər olub. Dağıntıları aradan qaldırmaq üçün FHN-in 40-dan çox canlı qüvvəsi 15 texnikası cəlb edilib, xüsusi qərargah yaradılıb.