Ucnoqta.az
www.ucnoqta.az

<b>Atçılıq klubu çökdü:<font color=red> 2 ölü, 2 yaralı</font></b>

16:20 - 19 Yanvar 2017 tarixində dərc olunub.

Rusiyada atçılıq klubunun qismən çökməsi  nəticəsində 2 nəfər ölüb, 2  nəfər xəsarət alıb. APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti” Rusiya Fövqəladə Hallar Nazirliyinin Sibir regional mərkəzinə istinadən məlumat yayıb. Novosibirsk vilayətinin Berdks şəhərində baş verən hadisə zamanı klubda  7 nəfər olub. Dağıntıları aradan qaldırmaq üçün FHN-in 40-dan çox canlı qüvvəsi 15 texnikası cəlb edilib, xüsusi qərargah yaradılıb.

Müəllif: Ucnoqta.az