Şirvanda avtomobil dərəyə aşıb, iki nəfər xəsarət alıb

16:09 - 9 Yanvar 2017 - HADİSƏ

Şirvanda avtomobilin dərəyə aşması nəticəsində iki nəfər xəsarət alıb. APA-nın məlumatına görə, hadisə Şirvan şəhərinin Heydər Əliyev prospektində baş verib.
Hacıqabul rayonunun Talış kənd sakini, 1997-ci il təvəllüdlü Rəhimov Elnur Eynulla oğlunun idarə etdiyi “KİA Sportage” markalı 90 GP 469 dövlət nömrə nişanlı avtomobil böyük sürətlə hərəkətdə olarkən yoldan çıxıb və dərəyə yuvarlanıb.
Nəticədə sürücü və sərnişin - Talış kənd sakini, 1993-cü il təvəllüdlü Əliyev Fərid Şuru oğlu yüngül bədən xəsarətləri alıblar. Onlara Şirvan şəhər xəstəxanasında tibbi yardım göstərilib.
Avtomobil tamamilə yarasız vəziyyətə düşüb. Faktla bağlı Şirvan polis şöbəsində araşdırma aparılır. 

Xəbər xətti