Kürdəmirdə yanğın olub

13:28 - 7 Yanvar 2017 - HADİSƏ

Kürdəmirdə yanğın faktı qeydə alınıb. FHN-in saytında verilmiş məlumata görə, rayonun Atakişili kəndində beşmərtəbəli inzibati binanın 4-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahə 18 m2 olan 1 otaqlı mənzilin yanar konstruksiyaları və ev əşyaları yanıb. Hadisə zamanı 20 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz yerə təxliyə olunub. Bitişik mənzillər yanğından mühafizə olunub.

Yanğın saat 10:13-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər xətti